Bayram günlərində işləyən bank və valyuta mübadilə məntəqələrin Siyahısı

27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə "AzPolitika"ya Azərbaycan Mərkəzi Bankı (AMB) bildirilib.
Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.
Bayram günlərində işləyəcək Banklar , “Azərpoçt” MMC və Valyuta mübadilə məntəqələrinin siyahısı ilə hiperlinklər vasitəsilə tanış olmaq mümkündür.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:22


























