mobil versiya

DYP bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb




Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

Bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Müraciətdə qeyd olunub ki, paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülər nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etməli, sürət həddinə ciddi riayət etməli və yorğun halda sükan arxasına əyləşməməlidirlər. Bildirilib ki, uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevr qaydalarına əməl etməyi, təhlükəli davranışlardan çəkinməyi və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağı tövsiyə edib.
Qurum piyadalara da müraciət edərək yolları yalnız müəyyən olunmuş yerlərdən keçməyə, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamağa çağırıb.
Unutmayaq ki, təhlükəsiz yol — ən gözəl bayram hədiyyəsidir. Bayram sevincinizi qorumaq isə sizin düzgün seçimlərinizdən asılıdır.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:48