mobil versiya

Təbəssüm Yarat komandası kəndlərdə yaşayan məktəbliləri sevindirib




Təbəssüm Yarat komandası 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şabran rayonunun ucqar dağ kəndləri olan Gilvar və Zeyvə kəndlərində yaşayan məktəbliləri sevindirib.

Artıq 9 ildir ki, komanda Azərbaycanın ucqar dağ kəndlərində yaşayan uşaqların təhsilinə dəstək olmaq məqsədilə onlara geyim, məktəb çantaları, məktəbli ləvazimatları, ayaqqabılar, idman alətləri və müxtəlif hədiyyələr təqdim edərək üzlərində təbəssüm yaratmağa çalışır.


Növbəti xeyirxah təşəbbüsü Gilvar və Zeyvə kəndlərində həyata keçirildi. Aksiya çərçivəsində 100-ə yaxın məktəbliyə məktəb çantaları, məktəb ləvazimatları, ayaqqabılar, idman alətləri və müxtəlif hədiyyələr təqdim olundu.

Bu təşəbbüsün həyata keçirilməsində əməyi keçən bütün yardımsevər insanlara dərin minnətdarlığımızı bildiririk. Komanda bildirib ki, "Birlikdə daha çox uşağın üzündə təbəssüm yaratmağa davam edəcəyik".









Reportyor.az 


KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 09:51