mobil versiya

May ayında 56 aptekdə yoxlama aparılıb



Bu ilin may ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ümumilikdə 56 aptekdə yoxlama aparıb.

Bu barədə Mərkəzin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Yoxlamalardan 1-i paytaxt Bakıda, 55-i isə respublikanın digər şəhər və rayonlarındakı apteklərdə həyata keçirilib. 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.
Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq müvafiq inzibati protokollar tərtib olunub.


Reportyor.az 

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 18:03