mobil versiya

Şagird yerdəyişməsi ilə bağlı vacib xəbərdarlıq



5 iyun 2026-cı il saat 15:00-a qədər yerdəyişmə üçün təsdiqlənmiş sorğular üzrə tələb olunan sənədlər məktəblərə təqdim edilməlidir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi xəbər verir ki, göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.
Qeyd edək ki, 26 may saat 18:00-dan etibarən 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb. 2025-2026-cı tədris ilində şagirdlərin yerdəyişməsi elektron sistemi vasitəsilə ölkə üzrə 146 min nəfərə yaxın şagirdin sorğusu təsdiqlənib. (Trend)

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 18:03