mobil versiya

Azərbaycan neftinin qiyməti qalxıb




Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,09 ABŞ dolları və ya 1,14% bahalaşaraq 96,36 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,27 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Reportyor.az 

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 10:37