mobil versiya

İtaliya Baş naziri: Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır





İtaliyanın Baş naziri Giorgia Meloni cümə axşamı günü bildirib ki, Avropa Birliyi Yaxın Şərqdəki böhrana son qoymağa kömək etməsə, İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olmalıdır.

Meloni parlamentdə bildirib ki, "Əgər Tehran səhv yolla davam edərsə... AB yeni hədəflənmiş tədbirlər vasitəsilə təzyiqi artırmağa hazır olmalıdır".

Aİ sammitindən əvvəl İtaliyanın xarici siyasət mövqeləri ilə bağlı çıxışında Meloni həmçinin İsrailin ifrat sağçı təhlükəsizlik naziri İtamar Ben-Qvirin İtaliya ilə bağlı son şərhlərinin "İtaliya üçün qəbuledilməz və İsrail üçün ləyaqətsiz" olduğunu bildirib.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:24