Marketdə kassadakı pulu ələ keçirən şəxs saxlanılıb

Goranboy rayonu ərazisində yerləşən marketlərdən birinə daxil olan naməlum maskalı şəxs satıcıya kəsici alətlə hədə-qorxu gələrək kassada olan 410 manatı ələ keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev müəyyən edilərək saxlanılıb. Həmin şəxsin marketə daxil olması, kassadakı pulu ələ keçirməsi və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 09:22


























