Müdafiə naziri Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib.

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:26


























