FHN: Həkəri çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir

İyulun 4-də Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal olunan 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənovun axtarışları davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Dünən, 12:21



























