mobil versiya

XİN Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib





Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni 15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib.

Bu barədə XİN sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"15 İyul – Demokratiya və Milli Birlik Günü münasibətilə qardaş Türkiyə Respublikasına ən səmimi təbriklərimizi çatdırırıq.

Demokratiyanın, milli iradənin və birliyin müdafiəsi uğrunda həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qəhrəman qazilərə minnətdarlığımızı bildiririk.

15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək!"


Reportyor.az 



KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 09:11