mobil versiya

Milli Depozit Mərkəzi ilə Pakistanın Mərkəzi Depozitar Şirkəti memorandum imzalayıb




İyulun 15-də Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) ilə Pakistanın Mərkəzi Depozitar Şirkəti (CDCPL) arasında anlaşma memorandumu imzalanıb.

MDM xəbər verir ki, memorandumun məqsədi mərkəzi depozitar fəaliyyəti və kapital bazarları sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bilik, təcrübə və qabaqcıl təcrübələrin paylaşılmasıdır.


Sənəd çərçivəsində xidmətlər, korporativ idarəetmə, risklər, investor xidmətləri, biznes əməliyyat modelləri, texnoloji həllər, eləcə də depozitarların funksiyaları və daxili iş təcrübələri üzrə məlumat mübadiləsi nəzərdə tutulur.


Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:32