mobil versiya

Minab: hələ də nəfəs alan məktəb; 62 şagirdin nəş qalıqları aşkarlanıb







"Dünən Minab şəhərindəki "Şəcərəyi-Təyyibə" məktəbinin bir sıra şagirdlərinə aid nəş qalıqlarından daha 62 parçanın tapılması barədə xəbərin dərc olunması, dünya ictimaiyyətini ABŞ-nin İran xalqına qarşı törətdiyi ən ağrılı cinayətlərdən biri ilə yenidən üz-üzə qoydu. Bu müharibənin ən acı səhifəsi ABŞ terrorçu ordusunun Minab məktəbinə raket zərbəsi endirməsindən sonrakı günlərə təsadüf edir; o günlərdən bəri şagirdlərin ürəyi dağlı ailələri hələ də əzizlərindən bir xəbər almaq ümidi ilə gözləyirlər".

Bu, İran İslam Respublikasının Bakıdakı Səfirliyinin müavini Əlirza Cəbbarinin paylaşdığı məqalədə yer alıb. 

Məqalədə deyilir:

Aylar boyu övladlarının evə qayıdacağı ümidi ilə yaşayan, indi isə onların cəsədinin yalnız bir neçə parçasını qucaqlayıb son dəfə vidalaşmaq məcburiyyətində qalan ailələr... Bu vida kədərin sonu deyil, matəmin başqa bir mərhələyə keçməsinin başlangıcıdır. Baxmayaraq ki, Makan Nəsirinin valideynləri kimi hələ də övladından kiçik bir əlamət belə tapa bilməyən və intizar içində çırpınan ailələr də az deyildir.
Övladlarının məktəb geyimini bir xatirə tək məhəbbətlə saxlayan və hər gün o sevgi ilə təsəlli tapmağa çalışan minablı anaların hisslərini təsvir etməyə heç bir söz yetməz. O analar ki, müharibəpərəst ABŞ prezidentinin özbaşınalığı ucbatından bu gün azyaşlı övladlarının qalıqlarından ibarət cəmi bir neçə sümük parçasını dəfn etmək üçün qucaqlarına almalıdırlar. Heç bir qanun övladının yolunu gözləyən dərdli bir atanın göz yaşlarını əvəz edə bilməz. Bu yaralar təkcə bir ailənin və ya bir şəhərin yarası deyil; bütövlükdə bəşəriyyətin vicdanına vurulmuş sağalmaz bir yaradır.
Məktəb – müharibə dövründə belə bir uşaq üçün ən təhlükəsiz məkan olmalıdır; öyrənmək, oynamaq və xəyal qurmaq yeri olmalıdır, nəinki itki və matəm rəmzinə çevrilən bir məkan.
Beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyaları və hərbi ilə mülki hədəflərin bir-birindən fərqləndirilməsinə dair təməl prinsiplər silahlı münaqişələr zamanı mülki əhalinin və uşaqların müdafiə olunmasını xüsusi vurğulayır. Məktəblərin, təhsil müəssisələrinin və uşaqların qorunması sadəcə mənəvi bir tövsiyə deyil, beynəlxalq ictimaiyyətin müharibə dövründəki ən mühüm öhdəliklərindən biridir. Bu prinsiplərin hər bir pozulması faktı beynəlxalq qurumlar tərəfindən müstəqil, şəffaf və tərəfsiz şəkildə araşdırılmalı, bunu törədənlər məsuliyyətə cəlb olunmalı və vurulmuş ziyanı ödəməyə məcbur edilməlidir.
Bu gün hər şeydən önəmli olan məqam – beynəlxalq ictimaiyyətin bəşəriyyətə qarşı cinayət əməllərinin adiləşməsinin qarşısını almaq və gələcəkdə onların təkrarlanmaması üçün birgə səy göstərməsidir. Əgər dünya Qəzzada, Fələstində, Suriyada, Livan, Əfqanıstan və İraqda qətlə yetirilən uşaqların görüntülərinə vərdiş etməsəydi, bu gün dünyanın ən təchiz olunmuş ordusunun Minabda bir ibtidai məktəbə raket hücumu kimi faciələrin şahidi olmazdıq.
Müharibəni pisləmək bir dövlətin lehinə və ya digər dövlətin əleyhinə mövqe tutmaq demək deyildir; bu, insan ləyaqətinin və yeganə arzuları məktəbə getmək, sinif yoldaşları ilə oynamaq olan uşaqların hüquqlarının müdafiəsidir. Dağıntılar arasında övladının nəşindən bir əlamət axtarmaq məcburiyyətində qalmamalı olan bir ananın müdafiəsidir.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:26