mobil versiya

Krallığın Müdafiə Nazirliyi: İraq ərazisindən bir neçə dron tutulub məhv edilib



Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin rəsmi sözçüsü general-mayor Turki əl-Maliki bildirib ki, hava hücumundan müdafiə qüvvələri son saatlarda Şərq bölgəsində və Ər-Riyadda neft obyektlərini hədəf almağa cəhd edən bir sıra dronları tutub məhv edib.

Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir. 

General-mayor əl-Maliki izah edib ki, bu terror cəhdləri İraq ərazisindən qaynaqlanır və İranın dəstəklədiyi terrorçu milislər tərəfindən həyata keçirilib.

O, Krallığın özünü və aktivlərini müdafiə etmək üçün ayrılmaz hüququnu, eləcə də uyğun vaxtda və yerdə cavab vermək hüququnu vurğulayıb.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:24