mobil versiya

SOCAR ikinci rübdə 1,4 milyon tondan çox neft emal edib



Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan çox neft, 679 milyon kubmetr qaz emal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,3 faiz və 11,4 faiz azalma deməkdir.

SOCAR-ın 2026-cı ilin 2-ci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə dair hesabatı xəbər verir ki, şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton (illik müqayisədə 2,4 faiz azalma) neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Reportyor.az 





KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:34