Bakıda boş qalan məktəblərə 1-ci sinif üzrə prioritetsiz qəbula start verilir

Sabah saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.
Bu barədə məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi saytında dərc olunub.
Məlumata görə, qeyd edilən tarixdən sonra məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.
Müvafiq ümumi təhsil müəssisələrinin siyahısı:
Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi
Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey
Bakı şəhəri “Zəngi” liseyi
Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:41


























