mobil versiya

Avqustun 3-də magistraturaya qəbul olunanların qeydiyyatı başlayacaq




Magistraturaya qəbul olunan şəxslər avqustun 3-ü saat 15:00-dan avqustun 12-si saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qeydiyyat prosesi “my.gov.az” portalı üzərindən həyata keçiriləcək.

DİM sədri qeyd edib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı daha sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.

Reportyor.az 
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 18:06