Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi müvəqqəti olaraq dayandırılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:11


























