On gün meteor yağışı müşahidə olunacaq

Avqustun 24-dək Perseid meteor yağışı müşahidə olunacaq.
Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da baş verəcək.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
"2026-cı ildə Perseid meteor yağışının maksimumu Yeni Ay fazasına təsadüf edir. Ay işığının olmaması səmanın kifayət qədər qaranlıq olmasını təmin edəcək və meteorların müşahidəsinə demək olar ki, mane olmayacaq. Bu səbəbdən 2026-cı il Perseid meteor yağışının son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur", - məlumatda qeyd olunub.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:21


























