mobil versiya

Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi bu gün bitir




Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Bu barədə DİM məlumat verilib.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.
Müsabiqədə yalnız ərizəsini təsdiq etmiş abituriyentlər iştirak edə bilərlər.


Reportyor.az 




KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:35