mobil versiya

Larri Ellison 7,5 milyard dollarlıq "Oracle" səhmlərinin satışını ləğv edib






"Oracle" şirkəti elan edib ki, şirkətin həmtəsisçisi və Direktorlar Şurasının icraçı sədri Larri Ellison şirkətdəki payının bir hissəsini satmaq planından imtina edib.

"Reuters"in məlumatına görə, şirkət daha əvvəl tənzimləyici orqana təqdim etdiyi sənəddə Ellisonun təxminən 7,5 milyard dollar dəyərində 50 milyon səhm satmaq niyyətində olduğunu açıqlamışdı. "Oracle" planın dəyişdirilməsinin səbəbini açıqlamayıb.

Şirkət bildirib: "Həmin plan çərçivəsində heç bir 'Oracle' səhmi satılmayıb və onun şirkətdəki səhmlərinin hər hansı hissəsini satmaqla bağlı başqa bir planı yoxdur".

"Oracle"ın səhmləri ilin əvvəlindən bəri təxminən 22% ucuzlaşıb. Eyni zamanda, şirkət məlumat mərkəzlərinə külli miqdarda vəsait xərcləyir və bu yaxınlarda "TikTok"un ABŞ-dakı fəaliyyətinin aparıcı sahiblərindən və təhlükəsizlik tərəfdaşlarından birinə çevrilib.

Ellison həmçinin öz sərvətindən istifadə edərək oğlu Devidin "Warner Bros." şirkətini əldə etməsi prosesini dəstəkləyib; hazırda bu sövdələşmə ilə bağlı məhkəmədə hüquqi mübahisə davam edir.


Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:29