Xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Sentyabrın 16-sı günün ikinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidməti bununla bağlı xəbərdarlıq yayıb.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal edilir.
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 16:11


























