Ərdoğan növbədənkənar seçkidə yeni müddətə namizəd olacaq

Türkiyə mediasının cümə axşamı verdiyi məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yüksək səviyyəli müşaviri bildirib ki, prezident 2028-ci ilin aprelində keçirilməsi gözlənilən növbədənkənar seçkidə növbəti müddətə namizədliyini irəli sürəcək.
Özel yayımçı NTV və "Cumhuriyet" qəzeti Mehmet Uçumun sözlərinə istinadən xəbər verib ki, əgər 360 millət vəkili növbədənkənar seçki keçirilməsi qərarını dəstəkləyərsə, seçki həmin ilin may ayında konstitusiyaya uyğun olaraq nəzərdə tutulmuş tarixdə deyil, 2028-ci il aprelin 16-da keçiriləcək.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:45


























