G7 xarici işlər nazirləri İranı husiləri silahlandırmağı dayandırmağa çağırıb

G7 xarici işlər nazirləri İranı Yəməndə husiləri silahlandırmağa və dəstəkləməyə son qoymağa çağırıblar. Onların fikrincə, bu, beynəlxalq ticarəti pozmaq və qlobal qeyri-sabitlik yaratmaq riskini yaradan təhlükəli eskalasiya modelidir.
Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ nazirləri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasından sonra verdiyi açıqlamada bildiriblər ki, "Yəməndə və Səudiyyə Ərəbistanı Krallığına qarşı husilərin davamlı olaraq həyata keçirdiyi qəbuledilməz hücumları ən sərt şəkildə pisləyirik".
"Husiləri bütün hərbi əməliyyatları, mülki gəmilərə qarşı bütün təhdidləri və hücumları dərhal dayandırmağa və siyasi prosesə vicdanla qayıtmağa çağırırıq".
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:54


























