mobil versiya

Banqladeşdə denge qızdırması daha səkkiz nəfərin həyatına son qoyub, bir gündə 1782 nəfər xəstəxanaya yerləşdirilib







Banqıadeş Səhiyyə Xidmətləri Baş İdarəsinin (DGHS) məlumatına görə, ötən gün səhər saat 08:00-a qədər olan 24 saat ərzində denge qızdırmasından əziyyət çəkən azı səkkiz xəstə dünyasını dəyişib, 1782 nəfər isə xəstəxanaya yerləşdirilib.

Ölüm hallarından üçü Dəkkənin Cənub Şəhər Korporasiyası və Xulna bölgəsində, biri isə Dəkkənin Şimal Şəhər Korporasiyası və Mymensinq bölgəsində qeydə alınıb.

Yeni ölüm və yoluxma halları ilə birlikdə, denge qızdırmasından ölənlərin ümumi sayı 209-a, xəstəliyə yoluxanların ümumi sayı isə 69 149-a çatıb.

Hazırda ölkə üzrə xəstəxanalarda 5066 denge xəstəsi müalicə alır.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:21