Lahorda azərbaycanlı qadının zorlanması ilə bağlı üç nəfər barədə cinayət işi açılıb

Pakistanda "Defence-C" polis bölməsi bir azərbaycanlı qadının qrup şəklində zorlanması ittihamı ilə şənbə günü üç naməlum şəxsə qarşı cinayət işi açıb.
Bu barədə Pakistan yerli mediası Dawn və The news məlumat yayıb.
Xəbərdə bildirilir ki, 20 yaşlı azərbaycanlı qadın iş məqsədilə Pakistanda səfərdə idi və "Raiwind Road" yaxınlığındakı bir evdə qalırdı.
O, polisə müraciət edərək bildirib ki, iki qadın ona yaxınlaşaraq şam yeməyinə dəvət edib. Onlar birlikdə bir kafeyə gediblər və orada üç kişi ilə görüşüblər. Qadın həmin kişi və qadınların simalarını tanıya biləcəyini qeyd edib.
O bildirib ki, kişilər ona və digər iki qadına avtomobillə gəzintiyə çıxmağı təklif ediblər və daha sonra onu naməlum bir mənzilə aparıblar. Qadının sözlərinə görə, orada spirtli içki qəbul edilib, ona da sərxoşedici maddə verilib və o, huşunu itirib.
O iddia edib ki, üç kişi onu qrup şəklində zorlayıb və daha sonra saat 14:00-a qədər mənzildə kilidləyib saxlayıb.
Qadın bildirib ki, şübhəlilər geri qayıdaraq onu "Ghazi Interchange" yaxınlığında düşürüb və hadisə yerindən qaçıblar.
O, həmçinin şübhəlilərin onun mobil telefonunu və digər əşyalarını götürdüyünü bildirib və onlara qarşı tədbir görülməsini tələb edib.
"Defence-C" polisi üç şübhəli şəxsə qarşı iş açıb və istintaqa başlayıb.
Lahor Əməliyyat Polisinin sözçüsü bildirib ki, şübhəli şəxslərin kimliyi müəyyən edilib və onlar tezliklə həbs olunacaqlar. Polis əlavə hüquqi prosedurların davam etdiyini qeyd edib.
https://www.dawn.com/news/2032877
https://www.thenews.pk/print/1439639-azeri-woman-raped-by-three-menarshad-dogar-and-sher-ali-khalti
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 10:11


























