Dövlət mediası: İranın ABŞ-la danışıqlar aparmaq planı yoxdur

ABŞ Prezidenti Donald Trampın daha çox danışıqlar gözlədiyini bildirməsindən sonra, bazar ertəsi günü İranın dövlət mediası Birləşmiş Ştatlarla heç bir yeni danışığın planlaşdırılmadığını xəbər verib.
Rəsmi IRNA xəbər agentliyi həmin heyətə yaxın, adı açıqlanmayan bir mənbəyə istinadən bildirib ki, "İranın Nyu-Yorkdakı (BMT Baş Assambleyası üçün orada olan) nümayəndə heyətinin Birləşmiş Ştatlarla danışıqlar aparmaq planı yoxdur".
Tramp bazar günü "Axios"a açıqlamasında danışıqların tezliklə bərpa olunacağını gözlədiyini bildirmişdi; bu açıqlama onun Tehranın Hörmüz boğazını yeddi gün ərzində yenidən açmaq təklifini rədd etməsindən bir gün sonraya təsadüf edirdi.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:14


























