Bakıda tanınmış Türkiyə şirkətindən külli miqdarda oğurluq edildi
Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.
Reportyor.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ev 1, mənzil 46-da baş verib.
Həmin ünvanda fəaliyyət göstərən "İnterpazarlama" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru İsmayıl Bülbül polisə müraciət edərək bildirib ki, Lənkəran rayonu, Göyşaban kənd sakini, MMC-nin cənub bölgəsi üzrə satış təmsilçisi işləmiş Cavadov Elvin Əlişan oğlu şirkətin 72 min 922 manatını qanunsuz olaraq ələ keçirib.
Faktla bağlı cinayət işi başlanıb.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 6-09-2019, 10:41