Kreml Ermənistan mətbuatının xəbərini “növbəti cəfəngiyyat” adlandırıb
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın RF-Belarus ittifaqına qoşulması planları barədə xəbərləri “cəfəngiyyat” hesab edib.
AZƏRTAC xəbər verir ki, D.Peskov Ermənistan mətbuatında guya Rusiyanın bu ölkəni RF-Belarus İttifaq Dövlətinə üzvlüyü planı ilə bağlı yayılan xəbərləri “növbəti cəfəngiyyat” adlandırıb.
Xatırladaq ki, bəzi erməni mətbuat orqanları guya Ermənistanı RF və Belarus ittifaqına cəlb etmək üçün Rusiyanın Azərbaycanı təşviq etməsi barədə xəbərlər yayıb.
MANŞET
Tarix: 5-10-2022, 17:32