Hərbi ekspert: “Putin yalan danışır, müharibə bitənə qədər səfərbərlik davam edəcək”
“Rusiyada səfərbərlik Ukraynada müharibə bitənə qədər davam edəcək. Kreml hərbi xidmətə çağırışı rəsmi olaraq dayandırdığını iddia etsə də, gizli şəkildə həyata keçiriləcək”.
Bu barədə hərbi ekspert Oleq Jdanov açıqlama verib.
“Putin yalan danışır, insanların gözlərinin içinə baxaraq yalan danışır. Səfərbərlik müharibənin sonuna qədər davam edəcək. Son günə qədər səfərbər olunacaqlar. Niyə? Çünki itkiləri doldura bilməyəcəklər. Kadr çatışmazlığı isə hər hansı bir hissədə cəbhənin dağılmasına səbəb ola bilər. Bu da müharibədə məhvedici nəticələrə gətirib çıxara bilər. Ona görə də səfərbərlik olacaq”, - deyə ekspert qeyd edib.
Jdanovun sözlərinə görə, Rusiya hazırda səfərbərlik sürətini azaldıb, çünki birinci dalğanın çağırışçılarını təsnifatlandırmağa və bölüşdürməyə vaxt çatdıra bilmir.
Mənbə: Donpress.com
MANŞET / GÜNDƏM
Tarix: 19-10-2022, 10:00