mobil versiya

Ermənistan müharibəyə hazırlaşır? - AÇIQLAMA + VİDEO



Ermənistan Azərbaycan Ordusunun mövqelərinə doğru və delimitasiya olunmamış sərhəd zonasına ağır artilleriya qurğuları yığmağa başlayıb. Görünür, Fransa və İran tərəfindən heç bir əsası olmayan absurd bəyanatlar Ermənistandakı revanşist qüvvələri yenidən cəsarətləndirib və nəticə etibarilə onlar hazırkı fəaliyyətləri ilə bölgədə mövcud olan atəşkəs rejimini aktiv əməliyyatlar fazasına keçirmək xülyasına düşüblər.
Siyasi ekspert Məhəmməd Əsədullazadə məsələ ilə bağlı qeyd edib ki, Avropa İttifaqının Mülki Müşahidə Şurasının üzvləri artıq Ermənistandadır və onlar Azərbaycan tərəfinin guya təxribatlara əl atdığını göstərməyə çalışırlar.
“Şuranın hesabatında Azərbaycanı “təxribatçı” kimi göstərə bilərlər”, - deyə ekspert əlavə edib.
Ermənistanın növbəti təxribatının anonsuna nümunə olaraq ölkənin Baş Qərargah rəisinin müavini Arakel Martikianın açıqlamasını da göstərmək olar. Belə ki, o, son müsahibəsində açıq şəkildə hücum planlarının olduğunu bildirib. Təbii ki, Ermənistan bununla bir tərəfdən də havadarları vasitəsilə regionda sülh və sabitliyə əngəl olmağa çalışır. Çünki terror və təxribat artıq bu ölkənin dövlət siyasətinə çevrilib.
Daha ətraflı Baku TV-nin süjetində:

MANŞET / GÜNDƏM
Tarix: 19-10-2022, 14:12