İlham Əliyev və Putin telefonla danışdı –QARABAĞ MÜZAKİRƏ OLUNDU
“Rusiya prezidenti Vladimir Putin və Azərbaycan lideri İlham Əliyev telefon danışığı zamanı Qarabağ üzrə üçtərəfli sazişləri, eləcə də gələcək təmasları müzakirə ediblər”.
Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və bu il oktyabrın 31-də imzalanmış sazişlərin həyata keçirilməsinin bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin bərpası planları müzakirə edilib. Əlavə təmaslar barədə razılıq əldə olunub”, – Kremlin məlumatında deyilir.
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 12-12-2022, 13:51