mobil versiya

Azərbaycanlı ekstrasens Moskvada güllələndi



Tanınmış ekstrasens Nadim Alixanov güllələnib.

BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.

Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.

Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.

MANŞET / SON XƏBƏR / HADİSƏ
Tarix: 25-10-2019, 09:49