Xəstəxanaya yerləşdirilən aktyor Məhərrəm Qurbanovun vəziyyəti stabilləşib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanov xəstəxanaya yerləşdirilib. Bu barədə APA-ya aktyorun qızı Aytən Məhərrəm məlumat verib.O, bildirib ki, avqustun 19-da axşam saatlarında atasının səhhəti pisləşib: “Biz onu dərhal xəstəxanaya yerləşdirdik. Həkimlər müayinə edib beyin insultu keçirdiyini bildirdilər”.
Aktyorun hazırda reanimasiyada olduğunu qeyd edən A.Məhərrəm atasının vəziyyətinin stabilləşdiyini vurğulayıb: “Həkimlərin sözlərinə görə həyati təhlükə artıq geridə qalıb, lakin bununla belə vəziyyəti gərgin olmaqdadır. Müayinə davam etdirilir”.
Xatırladaq ki, geniş tamaşaçı kütləsi Məhərrəm Qurbanovu “İmtahan” serialının Eldarı kimi tanıyır.
Aktyor həmçinin “Qız Qalası”, “Ərazi” filmlərini də çəkilib.
KARUSEL / MƏDƏNİYYƏT

Tarix: 20-08-2019, 12:33