mobil versiya

Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə gələn ay Bakıda görüş təklif edilir - PA


Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə gələn ay Bakıda görüş təklif edilir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir", - deyə məlumatda qeyd olunub.
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 27-03-2023, 10:21