mobil versiya

“Pandemiya dövrü bitdi” –ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri


Koronavirusla bağlı pandemiya dövrü bitib, lakin xəstəlik hələ davam edir”.
Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, COVİD xəstəliyi hələ də var, sadəcə olaraq fövqəladə vəziyyət dövrü ortadan qaldırılıb.
“Bundan sonra bütün ölkələr koronavirusla bağlı vəziyyəti izləməyə davam etməlidirlər. Necə ki, qrip xəstəliyi var, COVİD də var. Bir vaxtlar qrip xəstəliyi də pandemiya şəklində ortaya çıxmışdı. Lakin indi sadəcə xəstəlik kimi qalıb. Digər tərəfdən genomik araşdırmalar davam etdirilməlidir. Bildiyimiz qədərilə Azərbaycan da bu istiqamətdə tədqiqatlar aparır. Təbii ki, bundan sonra da yenə pandemiyalar olacaq. Prosesləri yaxından izləməliyik ki, gələcəkdə ortaya çıxa biləcək hər hansısa pandemiyalara vaxtında müdaxilə edə bilək”.
Hande Harmancı koronavirusa qarşı vaksinasiya prosesinin davam etdirilib-etdirilməməsi zərurətinə də aydınlıq gətirib.
O bildirib ki, bununla bağlı qərarı hər bir ölkə müstəqil olaraq verir.


MANŞET / KARUSEL / CƏMİYYƏT
Tarix: 9-05-2023, 15:53