mobil versiya

Hande Harmancı koronavirusla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib




Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümü ilə əlaqəli koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

REPORTYOR.AZ “report”a istinadən xəbər verir ki, H.Harmancı bəzi yumşaldılma tədbirlərinə arxayınlaşmamağın vacibliyinə toxunub.
O qeyd edib ki, qarşıda hələ payız mövsümü var: “Havaların soyumasını nəzərə almaq lazımdır. Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik.

Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir.
Bunu hər kəs bir-birinə söyləməlidir”.
SON XƏBƏR / KARUSEL
Tarix: 2-07-2021, 15:00