mobil versiya

“Koronavirus ən azı bir-iki il boyunca davam edəcək” - Hande Harmancı



“Koronavirus ən azı bir-iki il boyunca davam edəcək. Ümid edirik ki, bütün dünya üçün virusa qarşı vaksin qısa zamanda tapılacaq”.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə oxu.az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

H.Harmancının sözlərinə görə, COVID-19-a qarşı vaksinin tapılması ilə bağlı hələ çox ciddi sübutlar yoxdur:

“Bütün hallarda virus əleyhinə vaksin tapılsa belə, vaksinin bütün dünya ölkələrinə çatdırılması çox uzun müddət ala bilər. Bu səbəbdən gigiyena qaydalarına və insanlar arasında sosial məsafənin qorunmasına diqqət edilməlidir.

Bu qaydalara riayət olunacağı müddətdə, ÜST ölkələrdə ümumi qapanmalara ehtiyac olmayacağına ümid edir”.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-08-2020, 14:51