Sentyabrın 21-də Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçiriləcək
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib.
Qeyd olunub ki, Prezident administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 20-09-2023, 13:14