mobil versiya

Yevlaxda Qarabağ erməniləri ilə görüşün hazırlığına başlanıldı


Yevlaxda Bakının mərkəzi hökumətinin nümayəndələri ilə Azərbaycanın Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlığın nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır.
Bu görüş təklifi heç bir üçüncü ölkədən gəlmir, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək.
Qeyd edək ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Parlamentari martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Lakin qarşı tərəf bu təkliflərdən imtina etmişdi.(trend)


KARUSEL / GÜNDƏM
Tarix: 1-08-2023, 16:08