Azərbaycana idxal edilən 92 və 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib

Qərar 90 gün müddətində qüvvədə olacaq.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə də dəyişiklik edib. Qərara əsasən sentyabrın 1-dən 90 gün müddətində tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə və tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla) üçün aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 ton üçün 1 manata endirilib.
Ramiz Mikayıloğlu /APA/
MANŞET / İQTİSADİYYAT / ÖLKƏ
Tarix: 28-08-2019, 07:43