mobil versiya

Tutulduğu deyilən baş həkim İsmayıl Vəliyevlə əlbir olub - İDDİALAR




Ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlılarının Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlaması barədə xəbərlər yayılıb. 

DTX-nin açıqladığı ilkin rəsmi məlumata görə, Neftçalanın İcra Hakimiyyətinin vəzifəli şəxsləri qulluq mənafelərindən qəsdən istifadə ediblər.
Məsələ ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Bu arada, mətbuatda yazılanlara görə, Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılanlar arasındadır.
Məlumatı xəstəxanadan da təsdiqləyiblər.

Oxu.Az-ın xəbərinə görə, bundan əvvəl Telman Zahidov xəstanada “rüşvət əməliyyatlarına rəhbərlik etməsi” xəbərləri ilə gündəmə gəlib.

Mətbuat səhifələrində Telman Zahidovun İsmayıl Vəliyevlə birlikdə fəaliyyət göstərərək, xəstəxana işçilərinə və xəstələrə “tas” qoyması barədə iddialar səsləndirilib.

Telman Zahidovun İsmayıl Vəliyevin komandasının əsas fiqurlarından biri olduğu yazılırdı.

İddialarda göstərilirdi ki, Neftçala xəstəxanasında qeyri-adi səbəblər göstərilməklə, xəstələrdən rüşvət istənilir.

Bildirilirdi ki, xəstəxanada xadimə, tibb bacısı kimi işə düzəlmək üçün xeyli miqdarda rüşvət tələb olunur.

Mətbuatda yazılanlara görə, rayonda hamı mərkəzi xəstəxananı “Telman doktorun özəl xəstəxanası” adlandırır.

Xatırladaq ki, Prezident İlham Əliyevin fevralın 20-də imzaladığı sərəncamla İsmayıl Vəliyev icra başçısı vəzifəsindən azad olunub.

MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 21-02-2020, 14:34