İlham Əliyev: Azərbaycan və İran önəmli beynəlxalq layihələrdə iştirak edir

Azərbaycan və İran, eyni zamanda, önəmli beynəlxalq layihələrdə iştirak edir, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi üzrə biz sıx əməkdaşlıq edirik.
Reportyor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda səsləndirib.
Dövlətimizin başçısı qeyd edib: “Biz istəyirik ki, bu, sadəcə olaraq, nəqliyyat dəhlizi olmasın, yol boyunca yeni bizneslərin açılması, yeni sənaye müəssisələrinin yaradılması üçün imkan yaratsın, həm Azərbaycan, həm İran ərazisində”.
MANŞET / KARUSEL / SİYASƏT
Tarix: 28-04-2025, 19:14



























