mobil versiya

Qalmaqallı iş adamı Maqsud Mahmudov həbs olundu: Ukraynada gizlənirmiş – FOTO




Tanınmış iş adamı, onlarla insanın pulunu, qızılını götürərək ölkədən qaçdığı deyilən Maqsud Mahmudov Ukraynada saxlanılıb.

Minval.info xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Nazirliyi Xəzər hövzəsi ölkələrindən birində axtarışa verilmiş bir nəfəri saxlayıb. Şəkildən məlum olub ki, saxlanılan şəxs Maqsud Mahmudovdur. Ukrayna hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, o, Azərbaycana ekstradisiya olunacaq.

Həmçinin M. Mahmudov bu gün səhər canlı bağlandığı internet verilişlərinin birində interpol tərəfindən saxlanıldığını və Azərbaycana göndəriləcəyini bildirib. Ukrinform.ru saytının məlumatına görə, tez-tez əlaqə nömrəsini dəyişən Mahmudov ötən ilin noyabrından Ukraynaya gəlib və orada gizlənirmiş. Hər kəsə isə Almaniyada olduğunu bildirib.



M. Mahmudov Ukraynada siyasi mühacir statusu almaq niyyətində imiş və bu səbəbdən də o Kiyevdə kirayə tutduğu evdə qalırmış. O, bu barədə özü danışıb. Təhlükəsizlik orqanlarının əməkdaşları 51 yaşlı azərbaycanlını Kiyevin Qoloseyski rayonunda qaldığı mənzildə yaxalayıb.

Qeyd edək ki, dəfələrə məhkum olunan Maqsud Mahmudov ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində cinayət işi üzrə işləri üzrə zərərçəkən kimi tanınıb.




MANŞET / SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 11-04-2020, 15:24