Maqsud Mahmudov iki dəfə psixatriya xəstəxanasından niyə qaçıb?- TƏFƏRRÜAT
MTN əməliyyatlarından sonra əvvəlcə zərərçəkmiş kimi, sonradan isə müxalifətin qatı "düşməni" kimi gündəmə gələn Mahmudov Maqsud Soltan oğlu barəsində daha bir ilginc məlumat üzə çıxıb.
Musavat.com-un Mahmudovla bağlı əldə etdiyi məlumata görə o, iki dəfə 1 nömrəli Respublika Psixatriya Xəstəxanasından qaçıb. Ümumilikdə isə Mahmudov həmin xəstəxanaya üç dəfə müalicəyə qəbul edilib.
Maqsud Mahmudov ilk dəfə 1993-cü il iyulun 9-dan 1994-cü ilin 22 martına qədər, ikinci dəfə 1998-ilin 14 martından 1998-ci ilin 6 iyununa qədər xəstəxanada məcburi müalicədə saxlanılıb.
Əldə etdiyimiz rəsmi sənəddə göstərilir ki, Maqsud Mahmudov ikinci dəfə xəstəxanadan qaçıb.
Daha sonra isə Maqsudov 1998-ci ilin 9 iyulunda xəstəxanaya məcburi müalicəyə qəbul edilib. 5 ay sonra Maqsudov xəstəxanadan növbəti dəfə qaçıb.
Maqsud Mahmudov kimdir?
MTN əməliyyatlarından sonra açılan cinayət işində adı zərərçəkmiş kimi çəkilənlərdən biri də Maqsud Mahmudov idi. Mahmudov iddia edirdi ki, MTN generalı Akif Çovdarov və onun adamlarının qanunsuz hərəkətlərinin qurbanı olub.Qızıl alışı və satışı ilə məşğul olan Mahmudov hədə-qorxu ilə milyonlarının əlindən alındığını deyirdi. Lakin məhkəmə yekunda onun mülki iddiasını təmin etmədi.
Bakıda bir neçə lombardın sahibi olan Maqsud Mahmudovun biznes fəaliyyəti də uğurlu deyil. Onun xeyli sayda insana qarşı dələduzluq etdiyi bildirilir. Bir neçə gün əvvəl ölkəni tərk edərək Almaniyaya yollanan Mahmudov deyir ki, o, təqiblərdən qaçıb. İddia edir ki, bəzi vəzifəli şəxslər onu hədələyib, əmlakını ələ keçirib.
Maqsud Mahmudov niyə müxalifətə "düşmən" oldu?
Yuxarıda da qeyd etdiyimiz kimi Mahmudov ilk olaraq MTN işində zərərçəkən kimi tanındıqdan sonra sosial şəbəkələrdə özünü "müxalifətin düşməni" elan etməyə başladı.Qısa zamanda Mahmudov özünə müxalifətin mitinqlərində də yer tapa bildi. Mitinqlərə əlində plakatlarla gedən Mahmudov hökumətin lehinə şüarlar qışqırırdı.
Maqsud Mahmudov bunları niyə edirdi?
Başı dərdlərdən açılmayan biznesmen Mahmudov MTN tərəfindən qızıl qaçaqmalçılığına görə tutulmuşdu. Daha sonra isə Ukrayna vətəndaşı olan xanımlarla olan videogörüntüləri ilə şantaj edilib. Dediyinə görə, bu şantajla ondan külli miqdarda pul alınıb.
Mahmudovun "müxalifətin düşməni" olmasında da məqsədi var idi. O, özünü məsuliyyətdən kənarda qoymaq üçün bu cür addım atırdı. Çünki Mahmudov xeyli insana qarşı dələduzluq edərək onların lombarda qoyduğu qızılları ələ keçirmişdi. O, barəsində edilən çoxsaylı şikayətlərin qarşısını almaq üçün meydana "çıxmışdı".
Mahmudovun "dəli" olmasına gəlincə...
Məlumata görə, Mahmudovun "dəli" olması və xəstəxanadan "qaçması" onun özünün qurduğu planın bir hissəsidir. Bununla Mahmudov məsuliyyətdən yayınmaq, törətdiyi cinayətlərə don geyindirməyə çalışıb.
Hazırda xeyli zərərçəkmişin axtardığı Mahmudov Almaniyadadır və siyasi fəaliyyətini- "müxalifətin düşməni" rolunu dayandırıb. İndi isə deyir ki, bəzi məmurlar onu sıxışdırırmış...
MANŞET / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 2-12-2019, 22:25