mobil versiya

Arayik Harutyunyan və dəstəsi ömürlük azadlıqdan məhrum edilib




Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.

Reportyor.az 


MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 5-02-2026, 14:31