mobil versiya

Qazaxın icra başçısının milyonluq sərvəti üzə çıxdı - SİYAHI



Qazax rayon icra başçısı Rəcəb Babaşovun əmlakının siyahısı üzə çıxıb.


Bu barədə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib. O, bildirib ki, sakinlərin dediyinə görə, icra başçısı əksər kəndlərin torpaq ərazilərini qohumu Elşən Babaşovun adına rəsmiləşdirib. Onun adına MMC də açıb. Buna görə də suvarma suyu sadə kəndliyə gedib çatmır, yalnız öz əraziləri üçün istifadə edir.

"Bundan başqa, Bakının 20 sahə deyilən ərazisində mebel fabriki var. Sabirabad rayonunda da çoxsaylı fermaları var. Qazaxdakı ərazilərindən yığdığı otu bu rayona göndərir. Yəni biznesi hərtərəflidir.

Bir neçə il əvvəl isə mediada Rəcəb Babaşovun sərvətinin siyahısı verilib və təkzib edilməyib. Maraqlı olar deyə, onları da təqdim edirəm:

– Sabirabad Rayonunun Qaralar kəndindəki iqamətgahı iki milyon manat;
– Bayıldakı Aran restoranı, Aran kafesi; "077-lər” adlı avtoyuması;
– Bakının Fatmeyi kəndindəki 5 milyonluq iqamətgahı;
– əlavə olaraq Bakıda 4 evi; o cümlədən Türkiyə və Almaniyada milyardlarla dövriyyəsi olan biznesi;
– ən ucuzu 200 min ABŞ dolları olan 10 ailə avtomobili.

Birini də bu günlərdə alıb - 450 minə, nömrəsi də 077-di".    
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 8-05-2020, 13:47