Rəşad Atakişiyevin qardaşı – “DTX araşdıracaq” - FOTO
İyulun 24-də MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyevin qardaşı yenə də ictimaiyyətə müraciət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rəşad Atakişiyevin qardaşı Nicat Atakişiyev “Facebook” səhifəsində yazıb.
“Artıq bu işlə biz yox DTX maraqlanacaq (Dövlət Təhlukəsizlik Xidmətinə) şikayyət olunub. Bu işi görən kimdirsə, kimliyindən aslı olmayaraq, cəzasını cəkəcək.
Bizə ən yaxın insan olsa belə. Hər şey bir yana, ay insan, uşağın adını niyə hallandırırsan?! Ailəsinə, yoldaşına, dünyasını dəyişənə hörmət etmədin?
Deyək düşmənciliyin var. uşağın nə günahı var?!
Turkiyədə olmaq yalan!
Heydər Əliyev fondu yalan!
Torpaq satmaq yalan!
Bu düşüncə insanların sevgisindən sui istifadə və cibindəki pulları oğurlamaqdan başqa bir şey deyil. Kiminsə adından bele danışmağa cürət edən insan nə düşünüb görəsən? Məqsədi nə olub?!”.
MANŞET / KARUSEL / ÖLKƏ / REDAKTOR SEÇİMİ
Tarix: 16-09-2019, 10:30