Xuraman Şuşalı: “Kişi evdən çıxdısa, sənin deyil”
Müğənni Xuraman Şuşalı əks cinsin nümayəndələri ilə bağlı qalmaqallı açıqlama verib.
REPORTYOR.AZ xəbər verir ki, “MTV” kanalına müsahibəsi zamanı cəmiyyətdəki qadın-kişi münasibətlərindən danışan Şuşalı kişilərin xəyanətə daha çox meyilli olduğunu deyib. Bəzən bu vəziyyəti isə xanımların yaratdığını bildirib:
“Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur ki, özü öz əlləri ilə yoldaşını itələyir. Bir də var ki, kişinin qanı xarabdır. Qadın nə etsə də, gözəl də olsa, kişi evdən çıxdısa, sənin deyil. Qadınlar ailə quranda bilməlidir ki, kiminlə ailə qursun. Qısqancdırsa, ömrünün sonuna kimi eyni qalacaq. Elə şeylər var ki, dəyişilmir. Qadın da var, deyir ki, ərim 40 yaşa kimi qısqandı, sonra yox. Belə hallar da var. Ya qadın qocaldı deyə qısqanmır və yaxud başı başqasına qarışır”.
Şuşalı həyat yoldaşı ilə aralarında qısqanclıq olmadığını deyib:
“Büruzə də vermir. Arada deyirəm ki, bu, məni niyə qısqanmır? Çünki arxayındır. Mən çox qısqancam, görürəm ki, özümə ziyan verirəm. Deyir, kişinin qısqanmağı halal, qadında isə haramdır. Qadın qısqansa təkəbbür, kişidə isə qeyrətdən irəli gəlir”.
MARAQLI / KARUSEL
Tarix: 17-02-2022, 13:30