Qışda da dənizə getmək faydalıdır - Terapevt
Bədəni, immuniteti və sinirləri möhkəmlətmək üçün il boyu dənizə getmək lazımdır.
"Medicina" xəbər verir ki, terapevt İrina Yarçeva dənizin sağlamlaşdırıcı xassələrindən danışıb.
"Yayda çimərliyə getmək günəş vannası qəbul etmək üçün vacibdir. Bu zaman D vitamini artır.
Amma təkcə bununla məhdudlaşmır.
Dəniz suyu və havası yodla zəngindir. Yod isə hormonal balansın əsasıdır.
Qum üzərində ayaqyalın gəzmək sinirləri, əzələləri rahatladır, möhkəmlədir, dərinin immunitetini artırır.
Dəniz bədənə gümrahlaşdırıcı və rahatladıcı təsir edir. Ona baxmaq göz, beyin, psixika üçün faydalıdır.
Gərgin işdə çalışanlar həftədə 2 dəfə dənizə getsin.
Payızda qışda küləksiz, yağışsız havada səhər 10-12 arası dənizə getmək müalicəvi təsir edir.
O, immuniteti möhkəmlədir, bronxları təmizləyir, qalxanvari vəzə təsir edir".
MARAQLI / SAĞLAMLIQ
Tarix: 3-10-2022, 17:26